Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edib.
Heftelik.az-ın Agentliyə istinadən xəbər verir ki, o, dünən gecə saatlarında Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında dünyasını dəyişib.
K.Həsənov 1961-ci ildə Saatlı rayonunda anadan olub. O, uzun illər “Azərsu” ASC-nin sədr müavini işləyib, daha sonra sədr vəzifəsini müvəqqəti icra edib.
Allah rəhmət etsin!