EN

4 ay öncə güllələn baş nazirə zərfdə güllə göndərildi

Slovakiya Nazirlər Kabinetinin ofisinə içində güllə olan zərf göndərilib. Bu barədə Teraz portalı yazıb. 
 
Bağlama respublika hökumətinin başçısı Robert Fikoya ünvanlanıb.
 
Ofis işçiləri gülləni səhər poçt yoxlaması zamanı aşkar ediblər. Səlahiyyətlilər və hüquq-mühafizə orqanları hələ də zərfin göndəricisini müəyyən edə bilməyiblər.
 
2024-cü ilin mayında Qərbin Ukraynaya silah tədarükünün əleyhinə çıxan Robert Fiko güllənib.  Bu zaman o, hadisə yerinin yaxınlığında toplaşan vətəndaşları salamlamağa yola düşmüşdü.
Polis dərhal hücumçunu saxlayıb, baş nazir xəstəxanaya aparılıb. Mayın sonunda Fiko tibb müəssisəsindən evə buraxılıb. 
 
O işinin başına iyulda qayıdıb.  Slovakiya Daxili İşlər Nazirliyinin rəsmiləri hücumçunun siyasi motivli olduğunu müəyyən ediblər. Ekspertlər də onun cinayət ortaqlarının ola biləcəyini istisna etmirlər.
 
Aytac 

www.anews.az
Chosen
46
5
anews.az

10Sources