EN

Deputat: Ermənistan tədarükün diversifikasiyası çərçivəsində Azərbaycandan qaz ala bilər

Ermənistan tədarükün diversifikasiyası çərçivəsində Azərbaycandan qaz ala bilər.

AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, bunu \"Mülki müqavilə” fraksiyasından olan deputat, İqtisadi məsələlər üzrə daimi komissiyanın sədr müavini Babken Tunyan parlamentdə keçirdiyi brifinqdə deyib.

\"Belə bir vəziyyət yaranarsa, biz Azərbaycanla ticarət əlaqələri qura bilərik. Hər hansı resursa ehtiyacımız olarsa, daha ucuz, keyfiyyətli resursu kimin təmin etdiyini nəzərdən keçirməli olacağıq. Əgər bu resurs Azərbaycan tərəfindən təmin edilərsə, o zaman bu məsələ müzakirə oluna bilər. Eyni zamanda, təbii ki, diversifikasiya prinsipini və alternativ mənbələri qorumaq lazımdır”, - o bildirib.

B.Tunyan xatırladıb ki, Ermənistan qazı əsasən Rusiyadan, eləcə də İrandan alır və üçüncü mənbədən qazın alınması yalnız ölkənin enerji müstəqilliyinin və təhlükəsizliyinin səviyyəsini artıracaq.

Qeyd edək ki, daha əvvəl baş nazir Nikol Paşinyan Ümumdünya Erməni Sammitində Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkənin Azərbaycandan qaz almağa hazır olduğunu bildirib.
Chosen
43
azxeber.com

1Sources