EN

Gözəl qadına nəsil artırmaq məqsədilə yaxınlaşan kişilər... - Maraqlı araşdırma

Gözəl qadınla ünsiyyət quran kişilər axmaqlaşır (kütləşir).

 

Ölkə.Az "medicalxpress"ə istinadla xəbər verir ki, bu barədə İngiltərə Psixologiya Dərnəyinin üzvü psixoloq dr. Corc Fiıldmen və komandası araşdırma aparıb.

 

Araşdırma nəticəsində məlum olub ki, qadınlara nəsil artırmaq məqsədilə yaxınlaşan kişilərin koqnitiv funksiyası ünsiyyət zamanı müvəqqəti olaraq geriləyir.

 

Qeyd edilib ki, qadın nə qədər gözəldirsə və ünsiyyət müddəti nə qədər çox olsa, kişilərin düşünmə qabiliyyətləri bir o qədər zəifləyir.

 

Çünki kişilər müvəqqəti olaraq öz "idrak resurslarını" və ya beyin güclərini qadını heyran etməyə çalışmağa cəmləyir.

 

Araşdırma göstərib ki, qadınlarda vəziyyət başqa cür inkişaf edir.

 

Sözügedən təcrübə qadınlar üzərində tətbiq edildikdə, yəni vəziyyətə yaraşıqlılıq meyarı daxil edildikdə funksiyalarda geriləmə müşahidə edilməyib.

 

Araşdırmada kişilərdən fərqli olaraq qadınların gənclik nəzakət və bəzi halları da nəzərə aldığı məlum olub.

 

Test nəticələrini qiymətləndirən dr. Fiıldmenin fikrincə, kişilər cazibədar qadınla danışanda o, reproduktiv fokuslanır və genlərinin ötürülməsi ilə maraqlanır. Qadınlar xarici görünüşə daha az diqqət yetirir və gənclik, xeyirxahlıq və zənginlik kimi mükəmməl həyat yoldaşının digər əlamətlərini axtarırlar.

 

Təcrübəyə səbəb isə Hollandiyanın Radboud Universitetinin psixoloqlarından birinin flört etdiyi cazibədar qadından hədsiz dərəcədə təsirlənməsi və öz ev ünvanını unutması olub.

Tarix: 26 Sentyabr 2024, 12:57   
Chosen
7
4
pravda.az

5Sources