EN

Rusiya Azərbaycanda istehsal olunan süd məhsullarının idxalına qadağa qoyub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Azərbaycanın ən böyük süd və süd məhsulları istehsal edən iki şirkətinin məhsullarının ölkəyə idxalına qadağa qoyub.
Oxu.Az "Mash"a istinadən xəbər verir ki, qərar Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") tərəfindən qəbul edilib.
Məlumata görə söhbət "Atena MMC" və "Azaqro-SP" MMC-dən gedir.
Belə ki, bir müddət əvvəl rusiyalı mütəxəssislər onlayn qaydada şirkətin fabriklərinə baxış keçiriblər. Ekspertlərin iddialarına görə, onlar məhsulların qorunması və saxlanılması şəraitində pozuntular aşkar ediblər.
Məlumat üçün əlavə edək ki, hər iki müəssisədə kərə yağı, ayran, xama və müxtəlif pendir çeşidləri hazırlanır. Öz növbəsində hər iki şirkət ən keyfiyyətli məhsul hazırladığını və istənilən yoxlamaya hazır olduğunu açıqlayıb.
Chosen
117
50
oxu.az

10Sources