EN

271 saylı məktəbdə dərs ili başlayar-başlamaz PUL YIĞIRLAR... - "Pul verməyənlər valideyn qruplarında təhqir olunur"

Sabunçu rayon, Bakıxanov qəsəbə ünvanında yerləşən 271 saylı tam orta məktəbdə yeni tədris ili başlayar-başlamaz pul yığmağa başlayıblar. Dia-az.İnfo bildirir ki, bu barədə valideynlərdən biri gileylənir.

Narazı vətəndaşın müraciətini təqdim edirik:

“271 saylı məktəbdə konkret olaraq 3-cü sinifdə dəqiqəbaşı pul yığılır. Mən özüm atasız uşaq böyüdürəm… Kirayədə günü 20 manata işləyən adamam… Verməyəndə də valideyn qrupunda aşağılayırlar adamı… Xahiş edirəm, bir yoluna qoyulsa, rahat uşağı məktəbə göndərə bilərəm…

Hələ müəllimlər gününə nə qədər var… indiden pul yığırlar və valideynlərə deyiblər ki, hər kəs konvertdə pulu gətirsin. Fond pulu… jalüz pulu… nə bilim nə pulu… Sinfə nələr alınmalıdır… hər addımda pul yığırlar. İnanın buna görə, valideyn qrupundakı təhqirlərə, aşağılamalara görə, adam uşağı məktəbə aparmaq istəmir… apara bilmir. Valideyn qrupundakı təhqirləri də müəllimlər təhrik edir… Xahiş edirəm köməklik edin…”

Chosen
62
5
yenigundem.az

6Sources