EN

Türkiyənin HERİKKS HHM sistemlərinin Azərbaycana verilməsi üçün danışıqlar aparılır

Türkiyənin "ASELSAN" şirkətinin istehsalı olan "HERİKKS" hava hücumundan müdafiə üzrə xəbərdarlıq sistemlərinin Azərbaycana verilməsi üçün danışıqlar aparılır.
APA-nın xəbərinə görə, bu barədə V "ADEX-2024" sərgisində məlumat verilib.

Bildirilib ki, hazırda bu sistemlər Kəlbəcər ərazisində, 3336 metr hündürlükdə quraşdırılaraq, istismara verilib.

Hazırda sınağı həyata keçirilən sistemlər Bakıdakı V "ADEX-2024" sərgisində nümayişə çıxarılıb.

Qeyd edək ki, bu sistemlər radarların qeydə aldığı məlumatları komanda məntəqəsinə sürətli ötürülməsi, silahın hədəfi istər manual, istərsə də avtomatik şəkildə aşkarlanması, qoşun növlərinin hərəkətinin izlənilməsi, müxtəlif növlərdəki radar sistemlərinə inteqrasiya, habelə hərəkətli formada fəaliyyət qabiliyyətlərinə malikdir.
Chosen
36
12
sherg.az

10Sources