EN

Kadırovun adamları Dudayevin əmisi oğlunu qaçırıb – Qroznda polis bölməsində saxlanılır... 

Qroznıda Kadırovun adamları İçkeriya Respublikasının birinci prezidenti Cövhər Dudayevin əmisi oğlu Əli İdiqovu qaçırıb.Bu barədə çeçen müxalifətinin “1ADAT” teleqram kanalının xaricdə olan müəllifləri bildiriblər. Onların sözlərinə görə, Moskvada bizneslə məşğul olan İdiqov sentyabrın 17-də Qroznının Katayama kəndindəki evinə gəlib və oradan təhlükəsizlik qüvvələri tərəfindən qaçırılıb.O, həmin vaxtdan heç bir ittiham irəli sürülmədən Qroznıda polis bölməsində saxlanılır.İdiqovun oğurlanması ilə bağlı məlumatı “Kavkaz.Realii” saytının mənbələri də təsdiqləyib. Mənbə bildirir ki, İdiqov daimi olaraq Çeçenistanda yaşayır. Qeyd olunur ki, hakimiyyət qohumların müraciətlərinə məhəl qoymur və saxlanma səbəbləri barədə heç bir məlumat vermir.Cövhər Dudayev (1944 –1996) çeçen dövlət xadimidir, Çeçenistan Respublikanın müstəqilliyi uğrunda hərəkatın lideri və öz suverenliyini elan etmiş Çeçenistan İçkeriya Respublikasının ilk prezidenti olub.Dudayev 1996-cı il aprelin 22-nə keçən gecə Qroznıdan 30 kilometr aralıda yerləşən Gexi-Çu kəndi yaxınlığında həlak olub. Rusiya hərbçiləri Dövlət Dumasının deputatı Konstantin Borovla söhbəti zamanı onun peyk telefonundan gələn siqnalı tapıb və siyasətçini “Su-24” qırıcısından atılan raketlə şəhid edib.Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

Chosen
54
faktinfo.az

1Sources