EN

Diplomların tanınması - İmtahanlar neçə aparılaçaq?

 DİM-dən verilən məlumata görə, peşə tanınması üzrə növbəti imtahan elektron qaydada kompüter vasitəsi ilə  6 oktyabr 2024-cü il tarixində keçiriləçək. 
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş ərizəçilər oktyabrın 1-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.
İştirakçılar imtahana şəxsiyyəti təsdiq edən sənəd və imtahana buraxılış  sənədləri gətirməlidirlər:
Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.
Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur. 

Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanda Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul sistemi mücərrəddir:

“Bir çox hallarda Azərbaycanda ali təhsil müəssisələrinə qəbul ola bilməyənlər, bəzi hallarda isə Azərbaycanda verilən ali təhsildən daha yaxşı, keyfiyyətli ali təhsil almaq üçün xaricə üz tutanların sayı ildən ilə artır. Xaricdə verilmiş ali təhsilə aid sənədlərin tanınması 1968-ci ildə Hardvard konvensiyası ilə tənzimlənir. 2023-cü ilə qədər bizdə xaricdə verilmiş ali təhsilə aid sənədlərin nastrifikasiya qaydaları var idi. Bu nastivkasiya qaydaları xaricdə təhsil almış şəxslərin sənədlərinin Azərbaycanda tanınması ilə bağlı süni  maneələr yaradırdı. Lakin 3 fevral 2023-cü ildə Nazirlər Kabinetinin 34 nömrəli qərarı ilə  “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq olundu. Bu qaydalar kifayət qədər mütərəqqidir və beynəlxalq konvesiyalara uyğun qaydalardır. Xaricdə təhsil almış və diplomun tanınması ilə bağlı suni maneələrin olduğunu düşünmürəm. Əgər şəxslər doğurdanda təhsil alıbsa, onun sənədinin tanınması ilə bağlı heç bir maneə yoxdur. Bildiyimiz kimi Nazirlər Kabinetinin 34 nömrəli qərarına əsasən xaricdə təhsilini bitirib ölkəyə dönən şəxslər, Azərbaycan dilindən və bitirdiyi ixtisas üzrə DİM tərəfindən imtahan olunur. Sonda ali təhsilə aid olan diplom tanınır. İkinci addım isə, xaricdə oxuya -  oxuya transfer etməyin mümkünlüyüdür.  Bu zaman onun xaricdəki ixtisas üzrə aldığı kreditlərlə buradakı kreditlər uyğunlaşdırılır. Xaricdə verilmiş dərəcələrin tanınması Elm və Təhsil Nazirliyinin  Təhsildə Keyfiyyət və Təminat Agentliyi tərəfindən həyata keçirilir". 

Ekspertin sözlərinə görə , əvvəlki dövrlərə nisbətən hazırda proses tam şəffaf aparılır.
Chosen
8
sherg.az

1Sources