EN

Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

Energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyinümayəndə heyəti 24-26 sentyabr tarixlərində Çinin Yangijang vəPekin şəhərlərində səfərdə olub.

Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Energetika Nazirliyi ilə“China Energy Engineering Group Co.Ltd” arasında yaradılmış İşçiqrupunun 2-ci iclasında iştirak edilib. Həmçinin “GuangdongElectric Power Design İnstitute Co., Ltd., CEEC”, “TBEA CO., Ltd.”,“China Datang Corporation Ltd.” şirkətlərinin nümayəndələri iləgörüşlər keçirilib. Nümayəndə heyətində Energetika Nazirliyininəməkdaşları ilə yanaşı “SOCAR Green” şirkətinin direktoru ElmirMusayev də təmsil olunub.

Görüşlərdə Azərbaycanın təşəbbüskarı olduğu enerji dəhlizlərihaqqında məlumatlar diqqətə çatdırılıb, Xəzər-Qara dəniz-Avropayaşıl enerji dəhlizinin bərpa olunan enerjinin böyük həcmdə ixracıbaxımından əhəmiyyətindən bəhs edilib, Çinlə bərpa olunan enerji,enerji saxlanc sistemləri, şəbəkənin gücləndirilməsi, “yaşılenerji”nin ixracı, dənizdə külək enerjisi, yüksək gərginlikli sabitcərəyan (HVDC) kabellərinin təchizatı sahəsində əməkdaşlıqimkanları müzakirə edilib, ən yeni təcrübələrin öyrənilməsi barədəgeniş fikir mübadiləsi aparılıb. Çin şirkətlərinin ölkəmizdə nəhəngbərpa olunan enerji potensialının reallaşdırılması üzrəgenişmiqyaslı fəaliyyət sahələrində iştiraka maraq göstərdikləridiqqətə çatdırılıb, Azərbaycanda bərpa olunan enerjistansiyalarının tikintisinə investisiya imkanlarıdəyərləndirilib.

Çin
Çin
Çin
Çin
Çin
Çin
Çin
Chosen
25
9
az.trend.az

10Sources