İsrailin Azərbaycandakı səfiri Corc Dikin “X”-də (əvvəl Twitter) dərc etdiyi məqalədə deyilir ki, İsrail və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq genişlənməkdə davam edir.
Səfir öz publikasiyasında qeyd edir ki, “AS Holdings” və onun “NATO” standartlarına uyğun yüngül silahların istehsalı və hazırlanması üzrə ixtisaslaşmış beynəlxalq şirkət olan “Ari Arms” bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” şirkəti ilə strateji anlaşma memorandumu imzalayıb.
“Bu əvəzedilməz tərəfdaşlıq ölkələri bir-birinə daha da yaxınlaşdırır, birgə inkişafa və müstəqilliyin və milli təhlükəsizliyin möhkəmləndirilməsi üçün səylərə kömək edir. İmzalanma mərasimində müxtəlif nazirliklərin, idarələrin nümayəndələri və rəsmilər iştirak ediblər”, - israilli diplomat yazıb.