EN

Belçika Aİ-ni Rusiyadan LNG tədarükünü qadağan etməyə çağırdı

Belçika Avropa İttifaqını Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qadağa tətbiq etməyə çağırıb. 

Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

“Rusiya qazı Belçikaya axmağa davam edir. Mən bu məsələni diqqətlə öyrənmişəm və qaz qanunvericiliyi burada kömək etməyəcək. Bizə ümumavropa yanaşması lazımdır”, deyə ölkənin energetika naziri Tinne van der Straten bildirib.

2023-cü ildə Belçika Rusiyanın LNG-nin ən böyük üç ixracatçısından biri olub. Ölkə ikinci yeri tutub. Birinci yerdə İspaniyadır.

Avqustun sonunda Aİ Rusiyadan LNG alışını kəskin şəkildə azaldıb. Ötən illə müqayisədə azalma 27% təşkil edib. İdxalın həcmi sutkada 230,9 milyon kubmetrə qədər azalıb. Bu, 2021-ci ilin payızından bəri minimum göstəricidir. Təkcə ilk səkkiz ayda Avropa Rusiyadan 73,8 milyard kubmetr LNG alıb ki, bu da 2023-cü ilin eyni dövrü üçün idxalın həcmindən 17% azdır.

Paşa Məmmədli
 

Chosen
77
50
valyuta.az

10Sources