EN

Pezeşkian: "Ölkəmizdə bir hadisə baş versə, iranlılar deyə bir şey qalmayacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran Prezidenti Məsud Pezeşkian ABŞ-də yaşayan bir qrup iranlı ilə görüşündə ölkənin gələcəyindən söz açıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
"İranda bir hadisə baş versə, iranlılar deyə bir şey qalmayacaq. (Güney) Azərbaycan, Kürdüstan, Xuzistan və Bəlucistan (əyalətləri) İrandan ayrılıb müstəqil olacaq, öz qüvvələrini yaradacaq və artıq İran olmayacaq. Biz ölkədə qarışıqlıq olmasını istəmirik. Ölkədə birlik yaratmaq istəyirik. Gəlin oturub birlikdə danışaq", - deyə Pezeşkian çıxışında vurğulayıb.
Chosen
178
50
oxu.az

10Sources