EN

265 nömrəli tam orta məktəbin "2ç" sinifində Anım Günü qeyd edildi

Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli dövlət bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olara 265 nömrəli tam orta məktəbin "2ç" sinifində Anım Günü qeyd edilib.

Sonxeber.az xəbər verir ki, ilk olaraq ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra "2ç"-nin sinif rəhbəri Günel Abuşova şagirdlərə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan və əldə edilən möhtəşəm zəfərdən danışıb.

O bildirib ki, bu gün Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür:

Ermənistan Respublikasının ölkəmizə qarşı 4 il öncə sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın Müzəffər Ordusu işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.

"Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman oğullarımızın qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi Ali Baş Komandanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə göstərdiyi dəyərin göstəricisidir. Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində və 24 saatlıq lokal antiterror tədbirlərində ərazi bütövlüyümüzü və ölkə suverenliyimizi tam bərpa edərək, Azərbaycan xalqının gücünü bütün dünyaya sübut etdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin".

Daha sonra şagirdlər Vətənə, Qarabağa və Şəhidlərə aid şeirlər səsləndiriblər.

Chosen
16
6
qaynarinfo.az

7Sources