EN

"BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmağa çalışırıq" - Ərdoğan

Ankara BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusu almağa çalışır. 

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, İstanbulda cümə namazından sonra jurnalistlərlə söhbətində deyib: "Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmağa can atır, lakin bu məsələdə hələlik heç bir nəticə əldə etməyib". 

Eyni zamanda Ərdoğan qeyd edib ki, Təhlükəsizlik Şurasının hazırkı daimi üzvləri Türkiyənin bu istiqamətdəki istəklərini dəstəkləmir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadır.

Chosen
20
3
sabahinfo.az

3Sources