EN

Azərbaycanda bu yolla telefonlardan pulları çəkirlər - Ekspertdən ÇAĞIRIŞ

Son dərəcə təhlükəli kiber müdaxilə var. Vətəndaşların smartfonlarına daxil olaraq, bank hesablarından pulların çəkilməsi ilə bağlı şikayətlər artır. 

Ölkə.Az xəbər verir ki, bunu texnobliger Fərid Pərdəşünas bildirib.

Onun sözlərinə görə, araşdırma və ilkin dəyərləndirmələrim göstərir ki, bu hücum növü ilə birbaşa smartfona müdaxilə olunur. "Bu dələduzluq aktı deyil, kiber müdaxilədir. Smartfona quraşdırdığınız kənar tətbiqlər - "apk" faylları vasitəsilə bu müdaxilələrin olduğu ilkin ehtimaldır.

Vətəndaşlar ilkin olaraq telefonlarının söndüyünü, servisə aparıb, düzəltdikdən sonra isə bank hesablarında olan vəsaitlərinin hamısının çəkildiyindən şikayətlənirlər".

Mütəxəssis qeyd edib ki, insanlar bu məlumatı ilkin olaraq paylaşa bilər: "Əgər ətrafınızda bu növ hücuma məruz qalan varsa, rəydə mütləq qeyd etsin. Qorunma üçün smartfonlarınıza kənar "apk" faylları yükləməkdən çəkinin".

Chosen
113
5
olke.az

10Sources