EN

Bakının bu ərazisində yaşıllıqlar köçürüləcək - FOTO

Bakı Dəmiryol Vağzalı və "28 May" metrostansiyasının qarşısında abadlıq-quruculuq işləri aparılan ərazidə tikini altına düşən yaşıllıqlar köçürüləcək.

Musavat.com Trend-ə istinadən bildirir ki, bunu "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin mühəndisi Ariz İsmayılov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, tikini altına düşən 10 şam ağacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ətraf ərazilərinə köçürüləcək.

"Beton hissələrə düşən yaşıllıqlar kiçik parametrli və köçürülməyə uyğun ağaclardır. Tikinti zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanı minimum səviyyəyə endirməyə çalışırıq.

Ekoloji mühiti qorumaq üçün 2 min 400 kvadratmetri yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir. Parkda tikilən ağaclar Bakının iqliminə uyğun növlərdir", - deyə A.İsmayılov bildirib.

 

Chosen
111
27
musavat.com

10Sources