EN

Bakıda bitum daşıyan yük maşını AŞDI - Maye yola dağıldı

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Musavat.com-a verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.

Qeyd olunub ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Chosen
53
23
musavat.com

10Sources