Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov özünə daha bir bahalı avtomobil alıb.
OLAY yazır ki, bununla bağlı Hüseyn sosial şəbəkə hesabında məlumat yayıb.
Həsənov “Tesla”nın nəhəng və komfortu ilə seçilən “Cybertruck” model avtomobilinə baxış keçirib və bu nəqliyyat vasitəsini aldığını bildirib.
Həmin avtomobilin qiyməti isə 350 min manat civarında dəyişir.
Bloger növbəti paylaşımında izləyicilərinə səslənərəq onlardan bu maşını digər şəxsi qarajını bəzəyən lüks avtomobilləri ilə kimi qırmızı rəngə boyatdırıb boyatdırmamağı sual-cavab edib.
Xatırladaq ki, Hüseyn Həsənovun şəxsi qarajında “Lamborghini Urus” - 548 min manat, “Rolls-Royce Cullinan” - 685 min manat, “Lamborghini Aventador” - 550 min manat, “Mercedes-AMG G63” - 822 min manat avtomobilləri var. Bloger qırmızı rəngi sevdiyindən adıçəkilən lüks avtomobilləri qırmızıya boyadıb. Onun Dubaydan aldığı sonuncu “Bugatti Chiron Super Sport” avtomobilinin qiyməti isə 3.8 milyon avrodur (təxminən 6.8 milyon manat).