EN

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 62 yaşlı Tahir Qurbanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, o, vətəndaşları işə düzəltmək və digər vədlərlə aldadaraq onların 36 min manat pulunu ələ keçirib.
Saxlanılan şəxs zərərçəkmişlərə özünü hüquq müdafiəçisi kimi təqdim edib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib. Onun qanunsuz əməllərindən zərər görən başqa şəxslər olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Chosen
100
50
oxu.az

10Sources