EN

Qərbi Azərbaycan İcması fransalı diplomatı QINADI

Özünü Fransanın Ermənistandakı səfiri kimi qələmə verən şəxs gülünc açıqlamalarını davam etdirir. O, tamam aidiyyətsiz bir məsələni belə öz aləmində Azərbaycana hücum etmək imkanı kimi görür, diplomat kimi deyil, daşnak, revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır.

Viral.az xəbər verir ki, bunlar Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, xüsusən, Ermənistanın baş nazirinin BMT Baş Assambleyasında çıxışından sonra belə açıqlamalar verməklə o, təkcə özünü yox, həm də son illərdə bir-bir ölkələrdən qovularaq biabır olmuş Fransanı daha da gözdən salır:

Son Yazılar:

“Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlı durumdur. Özünü səfir kimi təqdim edən şəxsə zəruri bir xatırlatma etmək istərdik ki, işğaldan otuz il ərzində əziyyət çəkmiş Azərbaycandır və Fransa buna faktiki olaraq dəstək verib. Həmçinin xatırlatmaq istərdik ki, Əhmədiyyə Cəbrayılovun nümunəsində Azərbaycan xalqının oğulları nasist Almaniyasının işğalı altında olan Fransanı azad etmək üçün fədakarlıqla mübarizə aparıblar”.

Chosen
27
8
viral.az

9Sources