EN

Məşhur restoran yandı - SON DƏQİQƏ

Məşhur restoran yandı - SON DƏQİQƏ

Azərforum “Qafqazinfo”ya istinadla xəbər verir ki, Sumqayıtda restoran yanıb.

şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı” restoranında yanğın başlayb. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

FHN-dən bildirilib ki, nazirliyin “112” qaynar xəttinə Sumqayıt şəhərində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb.

 
 
 
Chosen
2300
1
qafqazinfo.az

2Sources