İrana məxsus sərnişin təyyarəsinin ekipajı İsraildən Beyrut beynəlxalq hava limanına enməmək barədə xəbərdarlıq alıb.
Bizim.Media xəbər verir ki, “Sada al-Balad” telekanalı bu barədə Livan Nəqliyyat Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.
“İsrail ordusu İran təyyarəsinin ekipajı ilə danışığa başlayıb və onlara Beyrut hava limanına enişin arzuolunmaz olduğu barədə xəbərdarlıq edib”, - deyə məlumatda bildirilir. Nəticədə İran təyyarəsi Tehrana qayıtmağa məcbur olub.
Qeyd edək ki, son günlər aviaşirkətlərin əksəriyyəti Livan-İsrail sərhədində gərginliyin artması və paytaxt Beyrutun mütəmadi bombardmanı səbəbindən ərəb ölkəsinə uçuşları dayandırıb.
Bizim.Media