EN

Bu ərzaq məhsullarının qiyməti bahalaşdı – SƏBƏB

Son bir həftə ərzində ərzaq qiymətində xeyli artım müşahidə olunur. Bahalaşma daha çox toyuq, meyvə şirələri, un məmulatları, tərəvəz və digər bir sıra qida məhsullarda nəzərə çarpır. Bu da alıcılar arasında narazılığa səbəb olur.



Məsul şəxslər isə bahalaşmanı dizel yanacağının qiymətinin artırılması ilə əlaqələndirir.


Bəs, dizel ucuzlaşarsa, ərzaq məhsullarının qiymətində azalma ola bilərmi?


Referans.az" target="_blank">Referans.azxəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, iki ay öncə dizel yanacağının qiymətinin birdən-birə 25 faiz artırılması ərzaq və digər məhsulların bahalaşmasına gətirib çıxarmalı idi.

“Dizel bahalaşan zaman xəbərdarlıq edirdik ki, 2-3 ay sonra bu artım özünü göstərəcək. Çünki yanacaq qiymətinin qalxması bir neçə aydan sonra bazara təsir etməyə başlayır. İndi biz həmin təsirin daha da gücləndiyi dövrü yaşayırıq. Fikir verin, kənd təsərrüfatı məhsullarının əkilməsi, biçilməsi, daşınması və s. dizel yanacağı ilə həyata keçirilir. Bu yanacağın qiymətinin 25 faiz artması təbii ki, onlara təsir göstərəcək.

İkinci məsələ bundan ibarətdir ki, bir çox hallarda yerli məhsulların istehsalında belə daha çox xarici kompanentlər istifadə olunur. Məsələn, quşçuluqda dərman preparatları, vaksinlər, yem qarışıqları xaricdən gətirilir. Nəticədə daşınma xərcləri artır. Bütün bunlar da qiymətlərə təsir edən amillərə çevirilir”.


İqtisadçı sonrakı müddətdə ərzaq qiymətlərinin ucuzlaşmasının mümkün olub-olmamasından danışıb:


“Məsələn, bundan sonra dizel yanacağının qiyməti ucuzlaşsa, ən azından bahalaşmanın qarşısı alına bilər. Bu, hazırda ilkin artımdır. Kənd təsərrüfatı məhsullarının payız xərcləri hələ ümumi məhsulların üzərinə gəlməyib. Onlar da birazdan hesablanmağa başlayacaq. Ona görə də dizel yanacağının ucuzlaşması baş verərsə, ən azından qiymət artımının qarşısını alına və müəyyən mənada bəzi sahələrdə hiss ediləcək dərəcədə ucuzlaşmaya səbəb ola bilər. Amma düşünmürəm ki, belə bir addım atılsın. Çünki Tarif Şurasının artırdığı qiyməti sonradan endirdiyini görməmişik”.



( globalinfo.az)

Chosen
13
referans.az

1Sources