Türkiyə xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü zamanı həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edib.
Publika.az xəbər verir ki, Blinken Qəzza, Rusiya-Ukrayna müharibəsi və digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıb.