EN

Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirildi

Ölkəmizin mədəniyyət paytaxtı Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, tədbirdə ilk olaraq gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək yarışın əhəmiyyətindən söz açıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov turnirin yüksək səviyyədə təşkil olunduğunu və yarışda gərgin mübarizənin getdiyini söyləyib.

Mərasimdə Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin nümayəndəsi İsmayıl İsmayılova turnirin təşkilatçıları tərəfindən xüsusi mükafat təqdim olunub.

Ardınca isə turnirin yekun nəticələri açıqlanıb. Beləliklə, Yan Nepomnyaşi (FIDE) 1-ci, Nodirbek Abdusattorov (Özbəkistan) 2-ci, Şəhriyar Məmmədyarov 3-cü, Valdislav Artemyev (FIDE) 4-cü, Aydın Süleymanlı 5-ci, Aravind Çitambaram (Hindistan) 6-cı, Riçard Rapport (Macarıstan) 7-ci, Rauf Məmmədov isə 8-ci olub.

Sonda qalib şahmatçıya kubok təqdim edilib.

Chosen
47
5
football-plus.az

6Sources