EN

"Onlar qanun qarşısında cavab verməlidirlər!"

Aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında Göygöldə atalığı tərəfindən döyülərək yandırılan azyaşlı ilə bağlı bu sözləri yazıb:

 

"Uşaqlara qaldırılan əllər qırılmalıdır! O əl harda qaldırılıb, sığıncaqda, uşaq evində və ya öz valideyinləri tərəfindən? Fərq etməz, qanun qarşısında cavab verməlidirlər! Balamız atalığı tərəfindən döyülərək xəsarət yetirilib və hazırda xəstəxanadadır. Faktla bağlı cinayət işi açılıb. Bir məqama da diqqət edək, bu cür işgəncəyə məruz qalmış uşaqların şəkillərini sosial şəbəkədə yayarkən üzünü qapadın!

 

Bu gün səhər saatlarından əməkdaşlarımız uşağın anasının yanında olub. Eşitdiklərimiz dəhşətdir. Atalıq deyilən vicdansız pis vərdişlər sahibidir. Ananın əlindəki bıçaq yarası, üzündəki göyərtilər... Ramallara ("Səni axtarıram" proqramına gələrək özünü Ramal kimi təqdim edən yeniyetməni nəzərdə tutur. 13 yaşlı yeniyetmə 3 saylı uşaq evində onları döyüb, əziyyət verildiyini deyib - red.) qaldırılan əllər qırılmalı, qanun qarşısında cavab verməlidirlər! Biz təkcə ata, anaları tərəfindən döyülən uşaqların müdafiəçisi olmamalıyıq. Bütün uşaqların müdafiəsində durmalıyıq".

Tarix: 29 Sentyabr 2024, 08:29   
Chosen
47
4
pravda.az

10Sources