EN

"Bakı və İrəvan normallaşma prosesində mühüm irəliləyişlər əldə edib"

Azərbaycan və Ermənistan son bir ildə suverenlik və ərazi bütövlüyünü təmin etməklə yanaşı, birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində, xüsusən də dövlət sərhədinin müəyyən olunması və demarkasiyasına dair ikitərəfli sazişin hazırlanması ilə bağlı mühüm irəliləyişlər əldə edib.

Demokrat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən söyləyib.

Chosen
114
13
demokrat.az

10Sources