EN

Ronaldo "Əl-Nəsr"lə danışıqlara başladı

Kriştianu Ronaldo və "Əl-Nəsr" portuqaliyalı futbolçunun 2025-ci ilin yayında başa çatan müqaviləsinin uzadılması üçün danışıqlara başlayıb. Matc.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Nikolo Sakira məlumat paylaşıb. Bildirilir ki, Ronaldo 2026-cı il dünya çempionatında oynamaq niyyətində olduğu üçün oyun praktikasına ehtiyac duyur. 39 yaşlı hücumçu bu mundialda oynasa, tarixi rekorda imza ataraq, altı müxtəlif dünya çempionatında iştirak edən ilk futbolçu olacaq. Qeyd edək ki, bu mövsüm Ronaldo bütün yarışlarda yeddi oyunda iştirak edib və bu matçlarda altı qol vurub, iki məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 15 milyon avrodur.    

Chosen
19
3
matc.az

4Sources