EN

Ceylon Klark "Sumqayıt"la müqavilə imzalayıb

"Sumqayıt" basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, ötən mövsüm ABŞ-ın "North American University" kollektivində çıxış edən 197 sm boya malik Ceylon Klarkla 1 illik müqavilə imzalanıb.

O həm hücumameyilli müdafiəçi, həm də forvard mövqeyində çıxış edə bilir.

Qeyd edək ki, buna qədər "Sumqayıt" əcnəbi oyunçulardan amerikalı Derrik Nyuton, Calen Houkins və rusiyalı Andrey Moteyunası heyətinə qatıb.

İdman.biz

Chosen
16
10
idman.biz

10Sources