EN

Kurban Berdıyev: "Nəticə bizi qane etmir, amma bu, eniş deyil"

Tovuz təmsilçisinin baş məqşçisi Kurban Berdıyev mətbuat konfransında iştirak edib, jurnalistlərin suallarını cavablandırıb. Misli Premyer Liqasının VIII turunda "Turan Tovuz" səfərdə "Şamaxı" ilə heç-heçə edib – 2:2. Matc.az xəbər verir ki, oyundan sonra Tovuz təmsilçisinin baş məqşçisi Kurban Berdıyev mətbuat konfransında iştirak edib, jurnalistlərin suallarını cavablandırıb. - Heç-heçə hesabı qanunauyğun oldu. Baxmayaq ki, biz oyunun sonunda qol vurduq, amma bütövlükdə oyunun heç-heçəlik idi. - Əsas heyətin bir neçə oyunçusu ehtiyatda qalmışdı...   - Miller zədəli idi, ona görə sonradan meydana daxil oldu. Digər oyunçularımız isə məşqlərdə özlərini yaxşı göstərdiklərinə görə start heyətdə idilər. - Qapıçı dəyişikliyinin səbəbi nə ilə bağlıdır? - Kim özünü məşqlərdə yaxşı göstərirsə, o da oynayır. Yəni, bu o demək deyil ki, bu həftə oynamısansa gələn həftə də oynayacaqsan. Oynamaq üçün məşqlərdə özünü yaxşı tərəfdən göstərməlisən.      - Üç oyundur komanda qələbə qazana bilmir. Bunu eniş saymaq olarmı? - Bu eniş deyil. Nəticə bizi qane etmir, amma bu, eniş deyil.       

Chosen
12
matc.az

1Sources