EN

Bu tarixdə paytaxtda ictimai nəqliyyat pulsuz olacaq



Qazaxıstanda atom elektrik stansiyalarının tikintisi ilə bağlı keçiriləcək respublika referendumu günü paytaxt Astanada ictimai nəqliyyat pulsuz olacaq.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Agnetlik paytaxt administrasiyasının rəsmi saytı CTS-ə istinadən xəbər verir ki, oktyabrın 6-da keçiriləcək Respublika referendumu günü şəhər və şəhərətrafı marşrutlarda gediş-gəliş pulsuz olacaq.

Avtobuslar səhər saat 6:00-dan axşam 23:00-a kimi sərnişinlərə pulsuz xidmət göstərəcək. Oktyabrın 7-dən isə ictimai nəqliyyat müntəzəm rejimdə fəaliyyət göstərəcək.

Anar Əliyev
Chosen
48
newscenter.az

1Sources