EN

Tələbələrdən rüşvət tələb edən şöbə müdiri İŞDƏN ÇIXARILDI

Gəncə Dövlət Universitetinin Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə 30 sentyabr 2024-cü il tarixdə tutduğu vəzifədən azad olunub.

Bu barədə Yenicag.az-a Gəncə Dövlət Universitetinin Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, sosial şəbəkələrdə GDU-da diplom almaq üçün tələbələrdən rüşvət tələb olunduğuna dair görüntülər yayılmışdı.

Chosen
9
9
yenicag.az

2Sources