EN

Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqləndi

Azərbaycan Milli Məclisinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Publika.az xəbər verir ki, işlər planına əsasən sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.

Bunlar “Beynəlxalq müqavilələr haqqında”, “Diplomatik xidmət haqqında” və “Minatəmizləmə haqqında” qanun layihələridir.

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri də daxildir.

Chosen
59
9
publika.az

10Sources