EN

“Aztelekom” tibb şirkətindən isti geyim alır (?!)

Azərbaycanda qəribə tenderlər keçirilir. Tribunainfo.az xəbər verir ki, bəzi dövlət qurumları profoilinə uyğun olmayan şirkətlərlə satınalma müqavilələri imzalayırlar. Tribunainfo.az xəbər verir ki, onlardan biri də “Aztelekom”dur.
Belə ki, “Aztelekom” MMC “FMV qış geyimləri uniformaların alınması” məqaədi ilə tender keçirib. Həmin tenderə əsasən dövlət qurumu 166.644,32 manatlıq isti geyim alacaq.
Qeyd edək ki, bununla əlaqədar olaraq “Aztelekom” “Gill Med” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qeyd edək ki, “Gill Med” MMC tibbi ləvazimatlar və geyim üzrə ixtisaslaşmış şirkətdir. Yəni, onlar tibbə aid olan bütün ləvazimat və geyimlərlə istənilən səhiyyə ocağını təmin edə bilərlər. Lakin onlar konkret olaraq, isti geyim satışı həyata keçirmirlər. Üstəlik, “Aztelekom” rabitə təşkilatıdır, səhiyyə yox. O zaman sual yaranır ki, “Aztelekom” işçiləri üçün isti geyimləri niyə tibb şirkətindən alır?

Chosen
107
3
tribunainfo.az

4Sources