EN

Fransa Aİ-nin miqrasiya qaydalarını sərtləşdirmək niyyətindədir

Fransanın yeni hökuməti qeyri-qanuni miqrantların cəmiyyətə daxil olmasının qarşısını almaq üçün Aİ səviyyəsində daha sərt miqrasiya siyasətini təşviq etmək niyyətindədir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Fransanın Avropa məsələləri üzrə yeni nazir-nümayəndəsi Benjamin Addad deyib.

“Bütün Aİ ölkələrində vətəndaşlar immiqrasiyanın nəzarət altına alınmasını fəal şəkildə tələb edirlər. Bu, sərhədlərin bağlanması demək deyil, bu, bizim ərazimizdə qalmaö görə icazənin verilməsi üçün meyarların seçilməsi və burada qalmaq hüququ olmayanları oradan qovmaq imkanı deməkdir”, - o, Avropanın “Politico” nəşrinə müsahibəsində bildirib.

Siyasətçi əlavə edib ki, yeni Avropa Komissiyasının işinə başlaması Aİ ölkələrinə cəmiyyətin miqrasiya qaydalarını sərtləşdirməyə yönəlmiş siyasətinin bir hissəsi kimi “növbəti addımı müzakirə etməyə başlamaq imkanı” verəcək.

Musavat.com

Chosen
55
musavat.com

1Sources