EN

Ukrayna PUA-larının yarısı hədəfinə çata bilmir - "Bild"

Ukrayna pilotsuz təyyarələrinin yarısı hədəfə çatmamış qəzaya uğrayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Lex” ləqəbli zabiti  “Bild” nəşrinə müsahibəsində deyib.

  Nəşr qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin “Axilles” zərbə dronu batalyonunun daxil olduğu 92-ci briqadası hazırda Xarkov vilayətində ruslara qarşı döyüşür: 

"Bölmənin döyüşçüləri kamikadze pilotsuz təyyarələrin, xüsusən də alman PUA-larının köməyi ilə rus əsgərlərini və zirehli texnikasını "ov"layır. "Lex" ləqəbli komandirin sözlərinə görə,  döyüş tapşırıqlarının yalnız yarısı uğurla başa çatır".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
36
news365.az

1Sources