EN

Laçın və Ukraynanın İrpin şəhəri arasında qardaşlaşma sənədİ imzalanıb

Azərbaycanın Laçın şəhəri ilə Ukraynanın İrpin şəhəri arasında qardaşlaşma haqqında sənəd imzalanıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” hesabında paylaşım edib. Diplomat bildirib ki, imzalanma mərasimi İrpinin meri Oleksandr Markuşinin Laçına səfəri çərçivəsində baş tutub.

Onun sözlərinə görə, bu addım regionlar arasındakı əməkdaşlıqda yeni səhifənin açılmasına səbəb olacaq.

Laçın
Chosen
63
11
apa.az

10Sources