EN

Mark Zukerberq sərvətini altı dəfə artırdı - MƏBLƏĞ

Mark Zukerberq dünyanın ən varlı adamları siyahısında dördüncü yerə yüksəlib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Meta platformasının yüksək səhm qiyməti iki ildən az müddətdə Zukerberqin sərvətini təxminən altı dəfə artıraraq 201 milyard dollara çatdırıb.

 

Bloomberg Milyarderlər İndeksinə görə, ilk üçlükdə İlon Mask, Jeff Bezos və Bernard Arnault yer alır.Digər texnoloji nəhənglərin baş direktorlarının sərvətlərində də əhəmiyyətli dərəcədə artım müşahidə olunub. 

 

Məsələn, Nvidia-nın qurucusu və baş direktoru Jensen Huang sərvətini iki dəfə artıraraq 106,2 milyard dollara çatdırıb. Bununla belə, nə Huang, nə də başqaları Zukerberq qədər uğur qazana biliblər. Ötən həftə şirkətin səhmləri illik müqayisədə 60% artaraq rekord səviyyəyə çatıb.

 

Firuzə Əliyeva
 

Chosen
6
sfera.az

1Sources