EN

Netanyahu İran xalqına çağırış etdi

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Netanyahu bu barədə sosial şəbəkə hesabında video yayımlayıb.

Baş nazir ingiliscə etdiyi müraciətdə bildirib ki, mövcud rejim hər keçən saniyə İran xalqını uçuruma aparır. Bununla yanaşı, hakimiyyət xalqın maraqlarını önəmsəmir:

“Əgər hakimiyyət bununla maraqlansaydı, Yaxın Şərqdə mənasız müharibələrə milyardlarla dollar vəsait xərcləməyi dayandırardı. Hazırda Livan və Qəzzanı müdafiə edən bir rejim görürsünüz. O rejim sizinlə maraqlansaydı, həyatınızı yaxşılaşdırmağa başlayardı. Təsəvvür edin ki, rejimin nüvə silahlarına və xaricdəki müharibələrə xərclədiyi külli miqdarda pul övladlarınızın təhsilinə yatırılır. səhiyyə xidmətlərinizi və ölkənizin infrastruktur, su və kanalizasiya kimi ehtiyaclarını yaxşılaşdırır. Sadəcə təsəvvür edin!”

Netanyahu fikirlərini belə əsaslandırıb:

“İran nəhayət azad olduqda, hər şey düşündüyünüzdən də fərqli olacaq. Bizim iki qədim xalqımız, yəhudi və fars xalqı, nəhayət, sülh içində olacaq. Həmin gün gələndə rejimin 5 qitədə qurduğu terror şəbəkəsi iflas edib parçalanacaq”.

Chosen
20
1
qafqazinfo.az

3Sources