Braziliyanın "Flamenqo" klubu baş məşqçi Tite ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi 63 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın yeni baş məşqçisi də məlumdur. "Flamenqo"nun U-20 komandasını çalışdıran Felipe Luis əsas komandanın baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Felipe Luis futbolçu karyerası ərzində "Ayaks", "Çelsi", "Atletiko" kimi klublarda çıxış edib. Braziliya millisinin üzvü olmuş 39 yaşlı keçmiş müdafiəçi bu ilin yanvar ayında "Flamenqo"da peşəkar karyerasını başa vurduqdan sonra klubun akademiyasında məşqçi kimi çalışmağa başlayıb.
saytlarin hazirlanmasi