Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi portalında sərəncam yerləşdirilib.
Sərəncama əsasən, sentyabrın 25-də Federasiya Şurasının birinci vitse-spikeri təyin edilən Vladimir Yakuşev Təhlükəsizlik Şurasından xaric edilib .
Eyni fərmanla Putin Rusiya Təhlükəsizlik Şurasının tərkibinə onun köməkçisi Aleksey Dyumini, Federal Tibbi-Bioloji Agentliyin rəhbəri Veronika Skvortsovanı, Prezidentin Xüsusi Proqramlar Baş İdarəsinin rəhbəri Aleksandr Linetsni, habelə Rusiya Federasiyası Prezidentinin birinci müavinini daxil edib.
Müəllif: Arzu