EN

Sabiq ombudsmana yeni vəzifə verildi

Naxçıvanın sabiq İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovaya yeni vəzifə verilib.

"Cebheinfo.az"ın məlumatına görə, o, Naxçıvan Ali Məclisinin Humanitar siyasət komitəsinin sədri seçilib.

Ülkər Bayramova Ali Məclisdə 23 saylı Cəhri seçki dairəsini təmsil edir. O, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ülkər Bayramova iki dəfə 2006 və 2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. 

"Cebheinfo.az"

Chosen
4
1
cebheinfo.az

10Sources