EN

Pakistanda neft yatağı ərazisinə düşən Rusiya helikopteri: Qəzanı kimlər araşdıracaqlar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pakistanda sentyabrın 28-də Rusiyaya məxsus "Mi-8" helikopterinin qəza hadisəsinin Pakistan tərəfindən araşdırıldığı məlum olub.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Dövlətlərarası Aviasiya Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
"Aviasiya hadisəsini Pakistanın Hava Qəzalarının Təhqiqatı Bürosu aparır. Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13 saylı Əlavəsinə və Rusiya hava qanunvericiliyinə əsasən, Dövlətlərarası Aviasiya Komitəsi araşdırmada iştirak etmək üçün səlahiyyətli nümayəndə və müşavirlər təyin edib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, qəzaya uğramış "Mi-8" helikopteri daşıma xidmətləri göstərən Krasnodar şirkətinə məxsus olub. Helikopter 2020-ci ildə buraxılıb.
Xatırladaq ki, Pakistanın Hayber Pahtunhva əyalətinin Şimali Vəziristan bölgəsində "Mi-8" tipli helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 6 nəfər həlak olub, 8 nəfər isə ağır yaralanıb.
Çarter reysi həyata keçirən helikopter mühərrikində nasazlıq səbəbindən Şimali Vəziristanda neft yatağı ərazisinə düşüb. Göyərtəsində şirkət personalı olub və pilotlar Rusiya vətəndaşları olublar.
Helikopteri icarəyə götürən "Mari Petroleum Company"dən verilən açıqlamada qəzanın texniki nasazlıqlar səbəbindən baş verdiyi və bölgədəki təhlükəsizlik problemləri ilə bağlı olmadığı qeyd edilib.
Chosen
164
50
oxu.az

10Sources