“Əl-Hilal”da aldığı zədədən sonra meydanlardan uzaq qalan Neymar gələn mövsüm komandadan ayrılacaq. Metbuat.az xəbər verir ki, onun vətəninə qayıdacağı ilə bağlı iddialar var. “Fichajes”in məlumatına görə, “Barselona”ya dönəcəyi iddia edilən braziliyalı ulduz “Santos”a qayıtmağa qərar verib. Bildirilir ki, Neymarın “Santos”a qayıdışı təkcə yaşıl meydanlara təsir etməyəcək, həm də Braziliya Liqasını canlandıraraq, beynəlxalq diqqəti cəlb edəcək. Qeyd edək ki, karyerası boyu bir çox böyük uğurlara imza atan Neymar, 29 dəfə kubok qazanıb ki, onlardan biri də Çempionlar Liqası olub.