EN

Şərəf Zalının üzvü olan basketbolçu dünyasını dəyişib

NBA-nın tanınmış basketbolçusu Dikembe Mutombo vəfat edib. Sport24.az xəbər verir ki, Şərəf Zalının üzvü olan idmançı 58 yaşında dünyasını dəyişib.
 
Mutombo uzun müddət beyin xərçəgindən əziyyət çəkib. O, NBA-da 18 mövsüm keçirib. Dikembe turnirin ən yaxşı müdafiəçilərindən biri sayılıb və blok-şotlar üzrə usta hesab olunub.
 
Qeyd edək ki, Mutombo karyerası ərzində "Denver Naggets", "Atlanta Houks", "Filadelfiya Siksers", "Nyu-Cersi Nets", "Nyu-York Niks" və "Hyuston Rokets"in formasını geyinib.

Chosen
9
1
sport24.az

2Sources