Türkiyə Superliqasında VII tura yekun vurulub.
Axar.az xəbər verir ki, çempionluq mübarizəsi aparan “Beşiktaş” səfərdə “Kayserispor”la qarşılaşıb.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Gedson Fernandeş və Çiro İmmobile (2 qol) vurublar. Bu nəticədən sonra xallarını 16-ya çatdıran “Beşiktaş” 3-cü pilləyə yüksəlib. “Kayserispor” isə 3 xalla 17-ci sırada yer alıb.