EN

MS-də Rodrinin yerini tuta bilər

Hakan Çalhanoğlu mövsümün gedişində klubunu dəyişə bilər.

“Mançester Siti” “İnter”in 30 yaşlı yarımmüdafiəçisini transfer etməyi planlaşdırır. İtaliya mənbələrinin məlumatına görə, İngiltərə klubu ispaniyalı yarımmüdafiəçisi Rodrinin ağır zədə səbəbindən bu mövsümü başa vurmasına görə onun çıxış etdiyi mövqeni gücləndirmək istəyir. MS-nin Çalhanoğlunun transferi üçün İtaliya klubuna 50 milyon avro təklif etməyə hazırlaşdığı da qeyd edilir.

Hakan bu mövsüm bütün turnirlərdə 5 matçda iştirak edib və 1 qol vurub. Futbolçunun “İnter” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Chosen
38
football-plus.az

1Sources