Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinəAbşeron rayonu, Xırdalan şəhərində azyaşlının evdə bağlı qapıarxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxilolub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədarFHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırışüzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi iləonaltımərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşənmənzilə eyvandan daxil olub və 2022-ci il təvəllüdlü azyaşlınıyatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.