EN

Azərbaycan iqlim dəyişikliyi gündəliyi və mübarizədə öndə gələn ölkələrdəndir - FAO

Bakı. Trend:

Azərbaycan iqlim dəyişikliyi gündəliyi və mübarizədə öndə gələnölkələrdəndir.

Trend xəbərverir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və KəndTəsərrüfatı Təşkilatının (FAO) baş elmi işçisi İsmahane ElouafiBakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week)ikinci günündə çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan da iqlim dəyişikliyi ilə bağlı birsıra problemlərlə üzləşir.

“Su çatışmazlığı dünyada 2050-ci ilə qədər daha dakəskinləşəcək. İqlim dəyişikliyi artıq qlobal səviyyədə sudairələrinin dəyişməsi ilə nəticələnib və bir çox yerlərə suçatmır. Kənd təsərrüfatında ədalətli su keçidləri nəzərəalınmalıdır.

Kənd təsərrüfatı sahəsində araşdırmalarımız faktlaraəsaslanmalıdır”,- deyə o bildirib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Məqalədə:
Chosen
32
3
az.trend.az

4Sources